
Gələn il dövlət büdcəsinin güc sturkurlarına nə qədər vəsait düşəcək? Hələ ki Maliyyə Nazirliyinin təqdim etdiyi büdcə layihəsində dövlət qurumları üzrə xərclər ayrı-ayrı təqdim edilməyib.
Gununsesi.info-nun apardığı ilkin hesablamalarda bu rəqəm təqribən 4.5 milyard manata yaxındır.
Belə ki, 2017-ci ilin büdcə layihəsində müdafiə xərclərinə 1.615 milyard manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokururluq orqanlarına isə 1.233 milyard manat ayrılması proqnozlaşdırılır.
Qeyd edək ki, müdafiə xərcləri cari ilin büdcəsi ilə müqayisədə 613 milyon manat və ya 27 faiz azalıb.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə bə prokurorluq orqanlarına ayrılacaq vəsait isə 2.1 faiz artacaq.
Bundan əlavə “əsas bölməyə aid edilməyən sair xərclər” adlı xərc bölümü də var ki, buraya ayrılan vəsaitlər də, əsasən, müdafiə xərclərinə yönəlir. Həmin bölməyə ayrılan xərclər
1 milyard 517 manat nəzərdə tutulub.
1 milyard 615 milyon manatlıq müdafiə xərclərindən;
– müdafiə qüvvələrinə 1 milyard 486 milyon manat
– milli təhlükəsizliyə 122,7 miyon manat
– müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlarına 2.5 milyon manat
– digər kateqoriyalara aid edilməyən xərclərə-3,1 milyon manat ayrılması nəzərdə tutulur.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokururluq bölməsinə gəlincə,
– Burada məhkəmə hakimiyyətinə çatacaq vəsait 51.8 milyon manat
– hüquq-mühafizə orqanlarına 945.8 milyon manat
– prokururluq orqanlarına 58 milyon manat
– digər kateqoriyalara aid edilməyən xidmətlərinə 177.7 milyon manat çatacaq.
“Əsas bölməyə aid edilməyən sair” xərclərdən isə
– fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün 20 milyon
– digər xidmətlər üzrə xərclər (müdafiə və milli təhlükəsizlik ) istiqamətinə 1 milyard 477 milyon manat ayrılıb.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info