Günəş aktivliyinin 11-12 oktyabr tarixinədək yüksək olacağı, eləcə də X alışmaların ola biləcəyi proqnozlaşdırılır.
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından Gununsesi.info-ya verilən xəbərə görə, yaranan Günəş qasırğaları (S1-S2 – nəzərə alınmayan-orta) oktyabrın 10-dək davam edəcək.
X1.8 alışması səbəbindən yaranan TKA-ların təsiri 10-12 oktyabr tarixlərində hiss ediləcək, oktyabrın 12-dən intensivliyi azalacaq, sonradan parametrlər fon səviyyəsinə enəcək.
10-11 oktyabr tarixlərində Yerin geomaqnit sahəsi həyacanlanmış səviyyədə, geomaqnit aktivliyi göstərən əmsal isə 6-7 olacaq. Oktyabrın 10-dan 11-nə keçən dövrdə G4 (güclü) geomaqnit qasırğasıının olacağı proqnozlaşdırılır.
Gununsesi.info