2017-ci ilin birinci rübünün nəticələrinə əsasən Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 29,980.1 milyon manat, cəmi öhdəlikləri 27,219.9 milyon manat təşkil edib.
Bu barədə Gununsesi.info-ya Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, bank sektorunun balans kapitalı 2,760.2 milyon manat, əhalinin əmanətləri 6,889.2 milyon manat həcmindədir.
Ümumilikdə ölkə ərazisində 561 bank filialları, 137 bank şöbələri, 2471 ədəd isə Avtomatlaşdırılmız texniki mərkəz( ATM) fəaliyyət göstərir.
Bank sektorunda isə hazırda 16,312 nəfər çalışır. Bundan əlavə, 145 maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT), o cümlədən 97 kredit ittifaqları fəaliyyət göstərir ki, burada da 2726 nəfər çalışır.
Mürtəza
Gununsesi.info