Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 13-də axşam şimal-qərb küləyinin 15-20 m/s, 14-də gün ərzində isə cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Gununsesi.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında aprelin 12-si axşam qərb rayonlarından başlayaraq 14-ü gündüzədək arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

 

 

Gununsesi.info