Güclü külək Bakıda dayanacaq pavilyonuna və qoruyucu çəpərlərə ziyan vurub - Nəqliyyat Agentliyi - FOTO

  • By admin
  • 27 Fevral 2017 16:29

bna-5

Fevralın 26-da paytaxtda müşahidə edilən güclü külək nəticəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bir dayanacaq pavilyonuna və hərəkətin təhlükəsizliyi üçün quraşdırılan qoruyucu çəpərlərə ziyan dəyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

O, bildirib ki, küləkli hava şəraiti səbəbindən həmin gün ərazidə təmir bərpa işlərinin aparılması mümkün olmayıb. Artıq Bakı Nəqliyyat Agentliyinin balansında olan dayanacağın, eləcə də qoruyucu çəpərlərin bərpası istiqamətində iş aparılır.

Gununsesi.info