
Cənub bölgəsində güclü külək səbəbindən onlarla kəndə elektrik enerjisinin verilməsində problem yaranıb.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu gün gecədən başlayan güclü külək davam edir. Küləyin elektrik təsərrüfatına vurduğu ziyan nəticəsində Masallının Qızılavar, Bədəlan, Kolatan, Türkoba, Lənkəranın Zövlə, Sparadi, Cil və daha bir neçə kəndinin elektrik təchizatında fasilə yaranıb. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Gununsesi.info