Güclü külək Lerik rayonunu və Lənkəranın bir neçə kəndini işıqsız qoyub.
Bu barədə Gununsesi.info-ya Lerik rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əflatun İbrahimov məlumat verib
Ə.İbrahimov bildirib ki, ötən gündən başlayaraq əsən güclü külək rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Elektrik xətlərində yaranan açılmalar səbəbi ilə Lerik rayonunun bütün kəndlərində və rayon mərkəzində elektrik enerjisinin verilişi dayandırılıb.
Qəzaların genişmiqyaslı olmasının qarşısını almaq üçün xətlər şəbəkədən ayrılıb. Elektrik şəbəkəsinin təmir briqadaları bərpa işlərinə başlayıb. Hazırda rayon mərkəzinə və bir neçə kəndə elektrik enerjinin verilməsi bərpa olunub və işlər davam etdirilir.
Lənkəran-Hamarat-Lerik 35 kilovoltluq hava xəttində açılmalar olduğundan Lənkəranın rayonunun bir neçə kəndi elektrik enerjisiz qalıb.
Hazırda rayon ərazisində küləkli hava şəraiti müşahidə olunur.
Gununsesi.info