Güclü külək Oğuzda çoxlu sayda ağacların qırılmasına səbəb olub.
Gununsesi.info xəbər verir ki, ölkənin şimal-qərb bölgəsində ötən gündən davam edən güclü külək Oğuz rayonunda bir sıra fəsadlar törədib. Rayonun bir çox ərazilərində irigövdəli ağaclar aşıb, elektrik naqillərinə ziyan dəyib. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayanıb. Müvafiq qurumlar tərəfindən küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar. (APA)
Gununsesi.info