
Goranboyda güclü külək nəticəsində ağac adamın üstünə aşıb.
Gununsesi.info Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bədbəxt hadisə avqustun 15-də Goranboy rayonunun Qaradağlı kəndində qeydə alınıb.
Güclü külək nəticəsində aşan ağac kənd sakini Siyasət Quliyevin üstünə düşüb və o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.