Güclü külək paytaxtda fəsadlar törətdi

  • By admin
  • 22 Sentyabr 2019 09:25

 

Bu gün Bakıda və bölgələrdə müşahidə olunan güclü külək bəzi fəsadlar yaradıb.

HTML tutorial

Gununsesi.org xəbər verir ki, külək nəticəsində İçərişəhər yaxınlığında ağac qırılaraq maşın yoluna aşıb.

Novxanıda isə ikimərtəbəli obyektin dam örtüyü uçub.

Küləyin ən çox zərər vurduğu yerlərdən biri də Yasamal rayonunda olub. Belə ki, yol kənarında bir sıra ağaclar aşıb. Bəzi yaşayış binalarının üstündən qopan daş qırıqları avtomobillərə zərər vurub.

Gununsesi.org