Güclü külək rayonlarda bəzi fəsadlar yaradıb

Dünən gecə başlayan güclü külək rayonlarında bəzi fəsadlar yaradıb.

Gununsesi.info xəbər verir ki, şiddətli külək səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

HTML tutorial

Qəbələ, İsmayıllı və Göyçay rayonlarında küləklə əlaqədar elektrik enerjisinin verilməsində tez-tez açılmalar olub, hazırda Göyçay rayonun bəzi hissələrində hələ də enerjinin verilməsində məhdudiyyətlər var.

Dünən Göyçay Yanğından Mühafizə Hissəsi külək səbəbindən ümumilikdə 9 çağırışa çıxıb.

Gununsesi.info