Güclü külək ticarət mərkəzinin damını uçurdu, 3 maşına ciddi ziyan vurdu

  • By admin
  • 09 Dekabr 2016 13:45

kulak-3

Güclü külək Bakıda ticarət mərkəzinin damını uçurub.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə Babək prospektində yerləşən “Tutto Bello” ticarət mərkəzində qeydə alınıb.

Güclü külək damı uçuraraq  Babək prospektinə aşırıb. Yolda nəqliyyatın hərəkəti məhdudlaşıb, tıxac yaranıb.

Xəsarət alan yoxdur.

Üç avtomobilə ziyan dəyib.
Gununsesi.info