Qərb bölgəsində müşahidə olunan küləkli havada xəsarət alan şəxslərin ilkin sayı bilinib.
Gununsesi.info xəbər verir ki, ilkin məlumata görə, qeyri-sabit hava nəticəsində Ağstafa rayonunda 3, Göygöldə 2, Mingəçevirdə isə 5 nəfər xəsarət alıb.
Yaralıların bəziləri tibb müəssisələrinə yerləşdirilib, bəzilərinə isə ambulator müalicə yazılıb. Ağstafa rayonunda xəsarət alan şəxslər 1962-ci il təvəllüdlü İ.Rzayev, 2006-cı il təvəllüdlü E.Əlibalayev və 1948-ci il təvəllüdlü T.Abbasovdur.
Gununsesi.info