Güclü külək əsəcək – XƏBƏRDARLIQ

  • By admin
  • 30 May 2021 12:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti sabah gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən Gununsesi.info-ya verilən məlumata görə, mayın 31-i gecə və səhər Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 31-də qərb küləyinin ayrı-ayrı rayonlarda arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

Gununsesi.info