Güclü külək ABŞ-ın qırıcısını DƏNİZƏ SALDI

  • By admin
  • 10 İyul 2022 21:55

Güclü külək “F/A-18 Super Hornet” qırıcı təyyarəsini “USS Harry S. Truman” təyyarədaşıyan gəmisindən Aralıq dənizinə salıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Avropa və Afrikadakı Hərbi Dəniz Qüvvələri Komandanlığının saytında məlumat dərc edilib.

Bildirilib ki, insident gəminin tədarük etdiyi bir vaxtda baş verib.

Qeyd olunur ki, təyyarə sudan çıxarılıb və hazırda yeni vəzifələrə hazırdır.

Hadisə nəticəsində bir dənizçi yüngül xəsarət alıb. Onun vəziyyəti stabildir.

Gununsesi.info