Güclü külək Biləsuvar və Cəlilabadda da fəsadlar yaratdı -YENİLƏNDİ

  • By admin
  • 06 Mart 2023 21:43

Biləsuvar rayonunda güclü külək bir sıra fəsadlara yol açıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, güclü külək Biləsuvar şəhərinin elektrik təsərrüfatına ziyan vurub, şəhərin bəzi əraziləri işıqsız qalıb.

Cəlilabad rayonunda da külək fəsadlar yaradıb. Belə ki, bir neçə dağlıq kənd işıqsız qalıb. Həmçinin güclü külək qurumuş ağacları aşırıb.

Hazırda elektrik enerjisinin verilməsində yaranmış problemlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.

20:08

Gədəbəydə bir neçə evin dam örtüyü dağılıb, elektrik təsərrüfatına ziyan dəyib.

Gununsesi.info xəbər verir ki, axşam saatlarından başlayaraq əsən güclü külək nəticəsində Gədəbəy rayonunda və Şəmkirin bir neçə dağlıq kəndlərində elektrik təsərrüfatına ziyan dəyib, xətlər sıradan çıxıb.

Bir neçə evin dam örtüyü dağılıb.

Qeyd edək ki, elektrik enerjisinin verilməsində yaranmış problemin aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər aparılır.

Gununsesi.info