Güclü külək Leriki işıqsız qoydu

  • By admin
  • 15 Aprel 2017 11:40

lerik

Lerik rayonunda güclü külək səbəbindən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

Gununsesi.info-nun cənub bürosunun verdiyi məlumata görə, dünən axşam saatlarında başlayan külək gecə saatlarında daha da şiddətlənib. Nəticədə rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda kəndlərin əksəriyyətində işıq yoxdur. Ancaq rayon mərkəzinə və bir neçə yaxın kəndə bir qədər əvvəl enerji verilişi bərpa edilib.

Qeyd edək ki, müşayiət olunan külək nisbətən səngisə də, əsməkdə davam edir.

MAİL

Gununsesi.info