Güclü külək və leysan Gəncədə fəsadlar törətdi

  • By admin
  • 23 May 2023 21:54

Gəncə şəhərində və ətraf rayonlarda güclü küləklə müşahidə olunan leysan fəsadlar törədib.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, dağlıq ərazilərə dolu düşüb. Külək və leysan təsərrüfatda fəsadlar törədib və meyvə ağaclarına zərər vurub.

Hava şəraitinin kəskin dəyişməsi nəticəsində həm insanların və həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Hazırda bölgədə güclü küləklə müşahidə olunan yağışlı hava davam edir.

Gununsesi.info