
Serbiya paytaxtının Novıy Belqrad rayonunda güclü partlayış baş verib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə yerli b92 xəbər portalı məlumat yayıb.
Serbiya DİN-nin məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb. Partlayışın səbəbləri hələlik məlum deyil.
İnsident biznes mərkəzinin yaxınlığında baş verib.
Hadisə yerinə xeyli sayda polis və yanğınsöndürənlər cəlb edilib.
Gununsesi.info