Güclü və firavan ölkənin formalaşmasında azad mətbuat vacibdir - AMERİKALI DİPLOMAT

  • By admin
  • 03 May 2019 23:52

3 May Dünya Media Azadlığı Günü münasibəti ilə ABŞ Dövlət Katibininn köməkçisinin müavini Corc Kent bəyanat verib.

Gununsesi.org-un ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkədəki hesabına istinadən verdiyi məlumata görə, amerikalı diplomat 3 May Media Azadlığı Gününün önəmini xüsusi vurğulayıb:

“Bu gün – Ümumdünya Mətbuat Azadlığı Günü öz 256 illiyini qeyd edir. Bu gün dünyada mətbuat azadlığının vəziyyətini qiymətləndirmək, müstəqil mətbuatı hücumlardan müdafiə etmək və öz peşə borcunu yerinə yetirərək həyatını itirən jurnalistlərin xatirəsini yad etmək üçün gözəl bir fürsətdir. Güclü və firavan bir ölkənin formalaşmasında azad mətbuatın vacibdir”. 

Gununsesi.org