Güclü yağış Yaponiyanı iflic etdi: ölən və itkin düşənlər var

Yaponiyada son üç sutkada davam edən güclü yağışlar nəticəsində Naqasaki prefekturasında bir nəfər həyatını itirib, daha iki nəfər isə itkin düşüb.

Gununsesi.info xəbər verir ki, güclü yağışların əmələ gətirə biləcəyi torpaq sürüşmələri və daşqınlarla əlaqədar ölkənin cənub-qərbində yerləşən Naqasaki, Saqa və Hiroşima prefekturalarının 1 milyon 200 mindən çox sakininə təxliyə xəbərdarlığı göndərilib.

HTML tutorial

Həmin regionlarda ən yüksək – beşinci dərəcə təhlükə xəbərdarlığı elan edilib. Son üç sutka ərzində həmin rayonlarda təqribən 800 millimetr yağıntı düşüb ki, bu da normadan üç dəfə çoxdur.

Fəlakət zonasında axtarışların aparılması və leysan yağışların nəticələrinin aradan qaldırılmasına kömək üçün Yaponiya özünümüdafiə qüvvələrinin 160 hərbiçisi göndərilib.

Yaponiya Meteorologiya Agentliyinin proqnozlarına görə, Yaponiyanın cənub-qərb regionlarında güclü yağıntılar hələ bir neçə gün davam edəcək.

Gununsesi.info