Cənubi Amerika ölkəsi Boliviyanın şimalında güclü yağışlar nəticəsində 6 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Gununsesi.info xəbər verir ki, paytaxt La Pazda leysan yağışlardan sonra Tipuani çayının daşması səbəbindən yüzlərlə ev və kənd təsərrüfatı sahəsi su altında qalıb.
Güclü yağışlar nəticəsində indiyədək 6 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib və təbii fəlakətdən zərər çəkənlərə yardım materialları verəcəklərini açıqlayıb. 450 evə ziyan dəydiyi, çoxlu ailənin təxliyə edildiyi paylaşılıb.
Gununsesi.info