Güclü yağışlar üzündən çaylarda sululuq artıb

  • By admin
  • 28 Noyabr 2016 13:25

cay

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-180, Kiçik Qafqazın çaylarında 190-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Gununsesi.info-ya verdiyi məlumata görə, noyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 173 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib. 2015-ci ildə isə bu rəqəm 166 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 86 m3/s təşkil edərək ongünlük normanın 106 faizini təşkil edib.
Noyabrın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Araz çayının Novruzlu məntəqəsində 15 sm azalma, Salyanda 10, Bankə 6 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 518 (2015-ci il noyabrın 28-də 376 sm), Salyanda 345 (2015-ci il noyabrın 28-də 217 sm), Bankədə 262 (2015-ci il noyabrın 28-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 223 sm (2015-ci il noyabrın 28-də 100 sm) təşkil edib.
Anar
Gununsesi.info