
4 iyul Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günüdür.
ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Huqo Gevera Bakıda təşkil olunan bayram mərasimində çıxışında vurğulamışdır: “Millətimiz ilk dəfə 247 il əvvəl müstəqilliyini elan edəndə dünyanın uzaq bir küncündə yerləşən 13 kiçik ştatın ətraf ölkələr üçün əsas dost və tərəfdaş olacağını çox az adam təsəvvür edə bilərdi. Gücümüz və inamımız artdıqca, Birləşmiş Ştatlar dünyada müsbət qüvvə olmağa əzm göstərdi.”
Afət
Gununsesi.info