Bu gün Bakıda Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə tədbir keçirilib. ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan hökumətinin, parlamentinin ictimai-siyasi elitasının nümayəndələri və media təmsilçiləri qatılıb.
Tədbirdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hügo Qevara çıxış edib:
“Millətimiz ilk dəfə 247 il əvvəl müstəqilliyini elan edəndə dünyanın uzaq bir küncündə yerləşən 13 kiçik ştatın ətraf ölkələr üçün əsas dost və tərəfdaş olacağını çox az adam təsəvvür edə bilərdi. Gücümüz və inamımız artdıqca, Birləşmiş Ştatlar dünyada müsbət qüvvə olmağa qərar verdi”.
Gununsesi.info