
Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin Türkiyəyə qaytarılması üçün ABŞ Ədliyyə Nazirliyinin (üç) və Xarici İşlər Nazirliyinin (bir) 4 nəfərdən ibarət nümayəndə heyəti bu gün gecə saatlarında Ankaraya gəlib.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, avqustun 23-də səhər saatlarından başlayaraq, ABŞ nümayəndə heyəti Türkiyə Ədliyyə Nazirliyi Beynəlxalq hüquq və Xarici Əlaqələr Baş İdarəsinin səlahiyyətliləriylə artıq danışıqlara başlayıb. İki gün davam edəcək danışıqlar çərçivəsində nazirliyin əməkdaşları nümayəndə heyətinə Gülənin ekstradasiya edilməsiylə bağlı göndərilən 4 müxtəlif sənədlər toplusunu təqdim edəcəklər.
Digər tərəfdən Ədliyyə Nazirliyi səlahiyyətliləri 15 iyul dövlət çevrilişinə cəhdin Fəthullah Gülənin əmri və komandası altında reallaşdırıldığına dair əhəmiyyətli dəlilləri də amerikalı həmkarlarıyla paylaşacaqlar.Yaşanan hadisələrin ardından ABŞ Ədliyyə Nazirliyi Fətullah Gülənin geri qaytarılmasıyla bağlı Tührkiyə Ədliyyə Nazirliyinə məktub göndərib.
ABŞ Ədliyyə Nazirliyi məktubda Gülənin geri qaytarılması mövzusunda ediləcək danışıqlar üçün Ədliyyə Nazirliyindən bir qrup nümayəndə heyətinin ABŞ-a göndərilməsini və ya Amerika Ədalət Nazirliyindən bir qrup heyətin Türkiyəyə gəlməsini təklif edib. Ədalət Nazirliyin ABŞ-a göndərilən cavab məktubunda isə ilk olaraq, Amerikadan bu məqsədlə bir qrup nünayəndə heyətinin Ankaraya gəlməsini, bundan sonra Türkiyədən bir qrup nümayəndə heyətinin bu məqsədlə ABŞ-a danışıqlarda iştirakıyla bağlı təklif edib.
Türkiyənin təklifini qəbul edən ABŞ Ədliyyə Nazirliyi, bu məqsədlə bir qrup nümayəndə heyətini Türkiyəyə göndərəcəyini bildirmişdi.
Gülnaz Qənbərli
Gununsesi.info