Gülənin ‘Məhrəm imamlar’ı tutuldu

  • By admin
  • 06 Sentyabr 2016 22:01

gu

 

Türkiyədə 15 iyul qiyam cəhdi ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində FETÖ şəbəkəsininMəhrəm imamlarqruplaşmasının 60 üzvü həbs edilib.

Gununsesi.info xəbər verir ki, aparılan araşdırmalar nəticəsində sözügedən şəxslərin kəşfiyyat, polis və hərbi sahələrlə bağlı təbliğat apardığı məlum olub.

Bundan əlavə, “məhrəm imamlar”ın şəbəkənin təhlükəsizlik məsələlərinə də cavabdeh olduğu bildirilib.

Qeyd edək ki, sözügedən qruplaşma ilə bağlı aparılan yoxlamalarda 112 nəfər saxlanılmışdı.

 

Gununsesi.info