Gülənin qardaşı oğlu həbs olundu

  • By admin
  • 10 Sentyabr 2016 11:50

gulen

Türkiyədə FETÖ şəbəkəsi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Fətullah Gülənin qardaşı oğlu Salman Gülən bu gün səhər saatlarında həbs edilib. 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İstedadlar” Liseyinin məzunu olan gənc İstanbul Ədliyyəsinə aparılıb. İstanbul Cəza hakimi Nəcməddin Kafalı tərəfindən dindirilən Salman Gülən “FETÖ şəbəkəsinə üzv olmaq” maddəsilə təqsirli bilinərək həbsxanaya göndərilib.
Qeyd edək ki, o, bir neçə gün əvvəl şəxsi avtomobilində saxlanılmışdı.

Gülnaz Qənbərli
Gununsesi.inf