Gülər Əhmədova şəhid analarını və həbsdə olan qadınları təbrik etdi

  • By admin
  • 07 Mart 2017 14:25
guler
“Bütün qadınları bayram münasibəti ilə təbrik edir, can sağlığı, aydın səma ,bol ruzi arzulayıram”.
Gununsesi.info xəbər verir ki, bu sözləri sabiq millət vəkili Gülər Əhmədova deyib.
G.Əhmədova qeyd edir ki, əsas təbrikim şəhid analarına və həbsdə olan qadınlara aiddir:
“Əziz, taleyinə sınaqlar düşmüş Analar! Hər birinizə səbr arzulayıram. ALLAH sizlərə sınaqlar göndərdi, amma əminəm ki, hər birimizə də şükrlü olmaq üçün səbəblər də verdi. ALLAH heç bir ananı övladından ayırmasın, övladları ilə bərabər xoşbəxt həyat qismət etsin. Şəhidlərimizə cənnət, həbsdə olanlara azadlıq arzulayıram! ALLAH dövlətimizi qorusun, aqibətimizi xeyrə calansın. Xoşbəxt olun, cünki öz ölkəmizdə öz xalqımızın arasındayıq. Hər ağır günümüzdə yanımızda olan Liderimiz, Baş Komandanımız,mərhəməti ilə seçilən Mehriban xanım var! İnanın ki, bu dünyalara dəyən xoşbəxtlikdir! Sınaqlara mərdliklə sinə gəlin, çünki bu dünyada sınaqsız bir kimsə yoxdur. Gələcəyə ümidlə baxın, çünki irəlidə şad günləriniz var və mən buna əminəm”.
Gununsesi.info