Gülər Əhmədova Tofiq Yaqubluya azadlıq istədi

Milli Məclisin sabiq deputatı Gülər Əhmədova da Tofiq Yaqublunun müdafiəsinə qalxıb.

Gununsesi.info bildirir ki, sabiq deputat ölkə başçısından onu azad etməyi xahiş edib:
“Heç kim mənə müxalifətə keçdi deməsin, əqidəmdə sabitəm. Lakin daha dözə bilmirəm, Nigarın videolarına baxmaq mümkün deyil, çırpınır, bilmir ki ,daha neyləsin, baxışları məni öldürür.Qızlar ata üçün istəsə can da verər.(Mənim atam 57 yaşında xərçəngdən 6 ayın içində əridi.Dərmanlar o vaxt çox baha idi Qardaşım İlqar Mikayıloğlu 96-97-də o pulu qazanmaq üçün dünyanın ən çətin döyüş bölgələrinə güllənin altına getdi.Dərmanı aldıq, amma gec idi…Nələr verməzdim ki…Atamla kəlməyi-şəhadəti mən oxudum son nəfəsində. Düz iki dəfə)
Cənab Prezidentdən xahiş edirəm:
Atasını, Qarabağ qazisini Togiq Yaqublunu azad edin!

Gununsesi.info