Gülər Əhmədovadan vəkilinin həbsinə MÜNASİBƏT

  • By admin
  • 29 Yanvar 2018 14:30
Vəkil Əfsər Talıbov mənim çoxsaylı vəkillərimdən biri olmuş və hal-hazırda da mənim şəxsi vəkilim deyil. Eyni zamanda adıçəkilən şəxs yüzlərlə insanın vəkili olmuş, habelə hüquq- mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. Əfsər Talıbovun indiki və gələcək zamanda həyatında baş verən hadisələrin mənim şəxsimlə heç bir əlaqəsi yoxdur”. 
Gununsesi.info xəbər verir ki, bunu keçmiş millət vəkili Gülər Əhmədova vəkilinin həbsnə münasibət bildirirkən deyib.
“Mənim adımın o şəxsin hər hansı əməli ilə hallandırılması mənim və ailəmin, dostlarımın ciddi narahatlıgına səbəb oldugunu, eyni zamanda cəmiyyətdə çaşqınlıq və Əfsər Talıbovun əməllərinə cavabdehlik daşıdığım görüntüsü yaratdığını nəzərə alaraq, sizlərdən xahiş edirəm ki bu tip təqdimatlardan çəkinəsiniz. Bir daha nəzərinizə çatdırmaq istərdim ki, siz bununla cəmiyyəti çaşdırır,  mənə qarşı KİV-də qaralama kampaniyası olduğu görüntüsü yaradırsınız. Bu tip başlıqlar mənim bütün ətrafımı ciddi narahat edir mənəvi ziyan vurur, saglamlıqlarına təsir edir. Əgər kimsə bununla bir daha məsuliyyət hiss etməyərək yaxasını kənara çəkirsə, sadəcə visdanınız qarşısında bir suala cavab vermənizi xahiş edirəm. Nə zamansa salam verdiyiniz, birgə fəaliyyət göstərdiyiniz neçə şəxsin hərəkətlərinə cavabdehlik daşıyırsınız? Bu yazılarla hələ də Gülər Əhmədovanı gözdən salmaq missiyasını həyata keçiririk- deyə cəmiyyətə bir mesaj vermirsinizmi? Bir daha sizdən xahiş edirəm ki, jurnalist peşə kodeksinə sadiq qalaraq dəqiq, tərəfsiz və vicdanlı olasınız .Aranızda kifayət qədər inanclı insanların olduğunu nəzərə alaraq ”Heç kimə dilinlə, əməlinlə ziyan vermə” postulatını unutmayasınız”.
Gununsesi.info