Güləş üzrə Avropa çempionatı keçiriləcək - HEYƏT+FOTO

  • By admin
  • 23 İyun 2017 13:32

05

İyunun 27-dən iyulun 2-dək Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.  

Gununsesi.info Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, ilk iki yarış günündə gənc sərbəst güləşçilər mübarizə aparacaq. Böyük məşqçi Saypulla Absadiov və məşqi Rövşən Hacıyevin rəhbərliyi altında çempionatda ölkəmizi Şahin Muxtarov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Mahal Novruzov (66 kq), Abubakr Abakarov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Umar İsrailov (120 kq) təmsil edəcək.

Çempionatın 3 və 4-cü günlərində gənc qızlar arasında qaliblər müəyyənləşəcək. Yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında yığma komandanın 6 üzvü Dortmunda yollanacaq. Çempionatda ölkəmizi Zelfira Ələkbərli (44 kq), Türkan Nəsirova (48 kq), Tatyana Varantsova (51 kq), Leyla Qurbanova (55 kq), Ləman Qurbanova (59 kq) və Ceyla Nağızadə (63 kq) təmsil edəcək.

Son yarış günlərində xalçaya yunan-Roma güləşçiləri çıxacaq. Böyük məşqçi İlqar Abdulov və məşqçi Zöhrab Abbasovun rəhbərlik etdiyi yığmanın heyətində Zülfüqar Əliyev (50 kq), Elşad Məmmədov (55 kq), Kamran Mirzəliyev (60 kq), Namaz Rüstəmov (66 kq), Ülvi Qənizadə (74 kq), Tuncay Vəzirzadə (84 kq), Seyidməhəmməd Ömərov (96 kq) və Tehran Əminzadə (120 kq) Almaniyaya yollanacaq.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Sədi Quliyev və İntiqam Alıyev təmsil edəcək.

Xatırladaq ki, ötən il keçirilən Avropa çempionatında gənclərimiz ümumilikdə 5 qızıl, 2 gümüş, 5 bürünc medal qazanıb.

Anar

Gununsesi.info