Güləş yarışları davam edir

  • By admin
  • 20 May 2017 11:35

unnamed (1)

Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir.

Gununsesi.info Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır.

Güləş yarışlarının üçüncü günündə yığmamızın üzvlərindən Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Məhəmməd Müslümov (65 kq) isə gümüş medal qazanıb.

Yarışların dördüncü günündə 61, 70, 86 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparacaq.

61 kq
1/8 final – Hacı Əliyev – S.Myradov (TKM)

70 kq
1/4 final – Murtuz Müslümov – Z.Dama (TUR)

86 kq
1/8 final – N. Al Mushatta (İRQ) – Şərif Şərifov

125 kq
1/4 final – Cəmaləddin Məhəmmədov – R. Alkrad (SYR)

Qeyd edək ki, ilkin görüşlər saat 10:00-da, final görüşləri saat 18:00-da başlayacaq.

Anar
Gununsesi.info