Güləşçilərdən daha 2 medal - FOTO

  • By admin
  • 03 Avqust 2017 10:13

02

Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

Gununsesi.info Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, ilk yarış günündə güləşçilərimizdən Şahin Muxtarov (50 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

İkinci yarış günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.

55 kq-da mübarizə aparan Əfqan Xaşalov ilk görüşündə Bolqarıstan idmançısına qalib gəlsə də növbəti görüşdə ABŞ təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılan güləşçimiz ardıcıl olaraq Əlcəzair və Özbəkistan idmançılarını məğlub edib. Bürünc medal uğrunda həlledici görüşdə Əfqan Xaşalov İran təmsilçisinə qalib gəlib.

84 kq çəki dərəcəsində yarışan Hacımurad Məhəmmədsəidov ilk görüşündə ABŞ təmsilçisinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib. Koreya təmsilçisini mübarizədən kənarlaşdıran Hacımurad bürünc medal uğrunda görüşdə Hindistan idmançısı ilə qarşılaşıb. Görüşü tam üstünlüklə tamamlayan təmsilçimiz bürünc medal qazanıb.

Anar
Gununsesi.info