Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 48-ci beynəlxalq turnir keçirilib.
Güləş Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
Belə ki, keçirdikləri bütün görüşləri qələbə ilə başa vuran Mahir Əmiraslanov (57 kq) və Aslanbek Alborov (97 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb və turnirin qızıl medalını qazanıb.
Yalnız final görüşündə uduzan Ağahüseyn Mustafayev (65 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bürünc medalları isə yığmamıza Georgi Edişeraşvili, Pərviz İbrahimov (hər ikisi 57 kq), Qalib Əliyev (61 kq) və Məhəmməd Müslümov (65 kq) qazandırıb.
Anar
Gununsesi.info