Güləşçilərimiz Rusiyadan 1 gümüş medalla qayıtdı

  • By admin
  • 17 Oktyabr 2016 12:15

gumus

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci “Qitələrarası Kubok” beynəlxalq turniri keçirilib.

HTML tutorial

Gununsesi.info Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, güləşçilərimiz turniri 1 gümüş medalla başa vurub.

65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov finala qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə yerli Dağıstan idmançısı ilə qarşılaşan təmsilçimiz məğlub olub və gümüş medalla kifayətlənib.

65 kq-da mübarizə aparan digər güləşçimiz Mahal Novruzov isə bürünc medal uğrunda görüşdə uduzub və turniri beşinci sırada tamamlayıb.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil edib.

Anar
Gununsesi.info