
Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı başlayıb.
Güləş Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, ilk yarış günündə 57, 65, 74 və 97 kq çəkidə sərbəst güləşçilər mübarizə aparır.
Belə ki,57 kq çəkidə mübarizə aparan Pərviz İbrahimov Rumıniya və Gürcüstandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Rusiya idmançısı ilə gərgin keçən yarımfinal görüşündə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb.
65 kq-da yarışan Teymur Məmmədov finala qədər bütün rəqiblərini üstələyib. İlk görüşdə Rusiya, ardınca Slovakiya, Ukrayna və İsveçrə idmançılarını məğlub edən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə rəqib Türkiyə idmançısı olacaq.
74 kq çəkidə mübarizə aparan İsmayıl Abdullayev İsveç və Litvadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Fransa təmsilçisinə məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.
Final görüşləri Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Anar
Gununsesi.info
https://www.youtube.com/watch?list=PLLIZMJVQNqsD7bweYcDHviiGbW9SPdhZy&v=tbQbacmYOVw