Güləşçilərimiz yarımfinala yüksəlib

  • By admin
  • 08 Sentyabr 2017 15:54

GULESFED

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.  

Güləş Federasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, beşinci yarış günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

Belə ki, güləşçilərimizdən dördü bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Anar

Gununsesi.info