
Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.
Gununsesi.info xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən X.Qadjiyev 1/4 finalda Hrayr Alixanyanı məğlub edib.
İdmançımızın yarımfinal qarşılaşması Moldova güləşçisi Vasile Diakonla olacaq.
Gununsesi.info