Güləşçimiz Nataliya Sinişin Olimpiya Oyunlarının bürünc medalına sahib olub

Güləşçimiz Nataliya Sinişin Olimpiya Oyunlarının bürünc medalına sahib olub

burunc

Azərbaycanın qadın güləşçisi Nataliya Sinişin Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Gununsesi.info xəbər verir ki, güləş yarışlarının beşinci günündə 53 kiloqram çəki dərəcəsində çıxış edən Nataliya Sinişin ilk görüşündə yaponiyalı 13 qat dünya və üçqat Olimpiya çempionu Saori Yoşidaya məğlub olub. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb. Bürünc medala gedən yolda güləşçimizin ilk rəqibi seneqallı Elezabet Sambu olub. Rəqibini məğlub edən Nataliya Sinişin üçüncü yer uğrunda görüşdə venesuelalı Angelisa Arquelladan üstün olub və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Gununsesi.info

 

COMMENTS