
Aprelin 20-də Qazaxstan Respublikasının Çimkənd şəhərində akademik Safarbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXIV beynəlxalq turnirə start verilib.
Güləş Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, turnirdə böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamızın 3 üzvü iştirak edir.
Məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (59 kq), Azad Əliyev və Rövşən Tağıyev (hər ikisi 66 kq) turnirdə mübarizə aparır.
Anar
Gununsesi.info