Güləşçimiz qızıl medal qazanıb - FOTO

  • By admin
  • 08 Sentyabr 2017 10:18

01

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

Gənclər və İdman Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 4 çəkidə mübarizə aparıb.

Belə ki, 38 kq-da mübarizə aparan Şahanə Nəzərova ilk görüşdə Yaponiya təmsilçisini 84 saniyədə, yarımfinalda isə Rusiya idmançısını 65 saniyədə tam üstünlüklə məğlub edərək finala yüksəlib. Final görüşündə güləşçimiz Ukrayna təmsilçisini də vaxtından əvvəl, cəmi 82 saniyəyə tam üstünlüklə məğlub edib və Dünya çempionatının qızıl medalına yiyələnib.

Qeyd edək ki, Ş.Nəzərova bir ay bundan əvvəl yeniyetmələrin Avropa çempionu adını qazanıb.

Anar

Gununsesi.info