Güləşçilərimiz Rusiyada 2 medal qazandı

  • By admin
  • 29 Sentyabr 2019 11:29

Rusiyanın Vladiqafqaz şəhərində 23 yaşadək güləşçilər arasında Yuri Qusovun xatirə turniri keçirilib.

Gununsesi.org xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi təmsil edən güləşçilərdən ikisi fəxri kürsüyə qalxıb.

İslam Bazarqanov (57 kq) qızıl, Abubakr Abakarov (79 kq) isə gümüş medal qazanıblar.

 

 

Gununsesi.org