Güləşçimiz Avropa çempionu oldu

  • By admin
  • 22 May 2021 21:12

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Mübarizəyə 1/4 finaldan qoşulan Zaur Əliyev Rumıniyadan olan rəqibinə gücünü göstərərək yarımfinala yüksəlib. Rusiya pəhləvanıyla ağır mübarizə şəraitində keçən qarşılaşmadan da qalib ayrılan Əliyev adını finala yazdırıb. Zaur həlledici görüşdə Türkiyə təmsilçisiylə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada əzmkar qələbə qazanan həmyerlimiz Avropa çempionu olub.

Gununsesi.info