Güləşçimiz dünya çempionu oldu

  • By admin
  • 20 Avqust 2022 21:07

Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatının qalibi olub.

Gununsesi.info xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final görüşündə rumıniyalı Denis Mihayı 6:1 hesabı ilə məğlub edib.

Bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. Onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq.

Qeyd edək ki, Nihad Quluzadə final uğrunda görüşdə ermənistanlı Karapet Manvelyanı 2:1 hesabı ilə məğlub etmişdi.

Gununsesi.info