Güləşçimiz erməni üzərində əzmkar qələbə ilə Avropa çempionu oldu

  • By admin
  • 19 İyun 2021 19:47

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında qızıl medal qazanıb.

Gununsesi. infonun məlumatına görə, 55 kq-da çıxış edən Fərid Baxışlı finalda Ermənistan təmsilçisi Armen Sukiasyanla qarşılaşıb. 0:7 hesabı ilə geriyə düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirən Baxışlı son 1 dəqiqədə 7 xal götürərək, rəqibini məğlub edib.

Bununla da yeniyetmə idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gununsesi. info