Artıq bir neçə vaxtdır ki, Türkiyənin 11-ci prezidenti Abdulla Gülün yaradıcısı olduğu AKP-dən ayrılaraq müxalifət düşərgəsinə keçəcəyi ilə bağlı məlumatlar dolaşmaqdadır. Gülün Səadət Partiyasına keçəcəyi ilə bağlı məlumatlar Türkiyə mediasında dolaşsa da, o, bu məsələyə aydınlıq gətirməyib.
Hətta AKP yetkililəri sabiq prezidentin belə susqun mövqe sərgilməsinə etiraz edərək, mövqe ortaya qoymasını tələb ediblər.
Gununsesi.info DHA-ya istinadən xəbər verir ki, sabiq prezident son günlərdə onun ətrafında dolaşan xəbərlərlə bağlı cümə günü, yəni mayın 5-də aydınlıq gətirəcək.
Sabiq prezident Gül mayın 5-də cümə namazından sonra baş verən hadisələrə mövqeyini açıqlayacaq və ondan sonra hansı yolla gedəcəyini bəyan edəcək.
Mürtəza
Gununsesi.info