Gül barəsində deyilənlərə nöqtə qoydu: - “MƏN BUNLARI CİDDİYƏ ALMIRAM” - VİDEO

  • By admin
  • 05 May 2017 17:24

abdulla gul

Türkiyənin 11-ci prezidenti Abdulla Gül aktiv siyasətə qayıdacağı barədə səslənən  fikirlərə aydınlıq gətirərək deyib ki, “bir siyasətçi partiya içi məqsədləri üçün istifadəsində mənim adımdan istifadə edib. Mən bunu ciddiyə almadım”.

Gununsesi.info “habertürk”ə istinadən xəbər verir ki, sabiq prezident Abdulla Gül bir daha aktiv siyasətə dönməyəcəyini bəyan edib: “Sadəcə prezident kimi əldə etdiyim təcrübə və bilgini paylaşmaq hüququm var. Və bu paylaşma hüququmdan yararlanacağam”.

Sabiq prezident onu da əlavə edib ki, o, bu məsələnin necə gündəliyə gəldiyini və gündəmə çıxmasını yaxşı bilir: “Və onun üçün də məsələni ciddiyə almadım. Amma üzülərək demək istəyirəm ki, bəziləri bunu çox ciddiyə alıblar”.

Gül əlavə edib ki, bəzi dostlar çərçivələri aşaraq onun nə edəcəyi barədə fikirlər səsləndirməyə başlayıblar: “Mən buna çox üzüldüm. Uzun zamandır ki, bəzi dairələr, media orqanları, sosial mediada başda mən olmaqla, AKP-nin gərçək öncülləri, qurucuları, onun uğrunda əməyi olan dostlar barəsində ağzına gələn fikirlər yer almaqdadır. Daha doğrusu, bunun necə təşkilat olunduğunu bütün dünya bilir”.

Gül sonda onu da əlavə edib ki, o, 7 il tərəfsiz bir prezident olub: “Prezident kürsüsündən ayrılanda da bir daha siyasətə dönməyəcəyimi bəyan etmişəm. Ancaq bütün bunlarla belə, irəliyə baxmaq lazımdır. Çünki daxildə bir sıra iqtisadi gözləntilər var. Hər kəsin diqqətinin bu məsələlərə yönəltməsi vacibdir. Bu məsələlərdə hökumətə dəstək vermək lazımdır. Ona görə ki, xaricdən Türkiyəyə yönəlik ciddi təhlükələr var. O baxımdan, mənim barəmdə səslənən fikirləri ciddiyə almıram”.

Mürtəza

Gununsesi.info