Gül dibçəkində narkotik bitki yetişdirən saxlanılıb

  • By admin
  • 11 Avqust 2016 15:20

narko

 

Şirvan şəhərində evdə narkotik tərkibli çətənə kolları yetişdirilməsi faktı aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, Şirvan sakini 51 yaşlı Quliyev Əli Əkbər oğlu Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən əməliyyat tədbirləri çərçivəsində Ə.Quliyevin yaşadığı fərdi yaşayış evinin hovuzunda, dibçəklərdə çətənə kolları yetişdirdiyi məlum olub. Ekspertizanın rəyinə əsasən, müsadirə olunan çətənə kolları yabanı halda deyil, aqrotexniki qaydada qulluq edilməklə yetişdirlib.

Faktla bağlı Şirvan ŞPŞ tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

narko2

 

narko1

Gununsesi.info