Hazırda Azərbaycanda ucuz qiymətə satılan və insan orqanizmi üçün sözün həqiqi mənasında çox faydalı olan tərəvəzlərdən biri də gül kələmidir. İndi bu tərəvəzin 1 kiloqramı 80 qəpik – 1 manat arasında dəyişir.
Gül kələmindən mütəmadi istifadə edən, ondan müxtəlif salatların hazırlayan, yeməklərə qatan ailələr az deyil. Ancaq müəyyən ailələr də var ki, onlar gül kələmindən istifadə etmirlər, yaxud insan orqanizminə faydalarından xəbərsizdilər. Yeniavaz.com saytı gül kələminin insan orqanizminə faydalarını təqdim edir.
Gül kələmi əvvəllər “Kipr kələmi” adlanıb və Azərbaycana ilk dəfə oradan gətirildiyi bildirilir. Müxtəlif mənbələrdə gül kələmin ilk dəfə Misir və İranda becərilməyə başlandığı bildirilir. Daha sonra isə İtaliyada yetişdirilib və oradan Avropaya yayılıb. Gül kələminin ağ hissəsi ilə yanaşı, yarpaqları da kalsium deposudur. Gül kələminin tərkibində olanlar:
1. Kalium.
2. Maqnezium.
3. Kalsium.
4. Manqan.
5. Dəmir.
6. Mis.
7. Sink.
8. Ftorid.
9. Karotin,
10. C vitamini.
11. K vitamini.
12. B1 vitamini.
13. B2 vitamini.
14. B6 vitamini.
Alimlərin araşdırmasına görə, gül kələmi insan orqanizmini təmizləyir. Bəzi mənbələrdə gül kələmin tərkibindəki faydalı maddələrin xərçəngin qarşısını almaqda faydalı olduğu qeyd edilir.
Mark Tven gül kələmi haqqında belə bir cümlə işlətmişdi: “Gül kələmi sadəcə ali təhsil almış adi kələmdir”.
Dünyanın bir çox ölkələrində gülkələmdən yeməklərdə, salatlarda istifadə olunur. Bəzi restoranların menyüsündə gül kələm əskik olmur.
Yarım stəkan gül kələmi yarpağı C vitamininə olan gündəlik ehtiyacın yarısını ödədiyi bildirilir.
Türkəçarə həkimləri mədə-bağırsaq sistemində pozuntu olan xəstələrə gül kələmi yemək məsləhət görürlər. Bu tərəvəz həmçinin öd ifrazını artırır, həzmi rahatlaşdırır.
Gül kələminin tərkibində olan faydalı maddələr damarları möhkəmləndirir, qanın tərkibini yaxşılaşdırır.
Gununsesi.info